Rusiyanın “Matç TV” kanalının şərhçisi Nobel Arustamyan Avro-2020 seçmələrini işıqlandırmaq üçün akkreditasiyadan keçib.
Məlumatı ilk olaraq “Matç TV”-nin baş prodüseri Tina Kandelaki yayıb.
“Nobel Arustamyanı AVRO-ya akkreditasiya etdilər”-deyə o sosial şəbəkədəki səhifəsində yazıb. Rusiya XİN mətbuat katibi Mariya Zaxarova da məlumatı təsdiqləyib və UEFA-ya minnətdarlığını bildirib.
Xatırladaq ki, Nobel Arustamyan bir neçə il öncə, işğal altında olan Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınmışdı. AVRO-2020 turnirini işıqlandırmaq istəyən istənilən jurnalist isə oyunlara ev sahibliyi edən bütün ölkələrə giriş icazəsinə malik olmalı idi.