Cəmiyyət

Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki

1 dəqiqə
Şənbə və bazar günləri üçün avtobusların iş qrafiki

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 12-də (şənbə günü) Bakı şəhərində müntəzəm marşrut xətti üzrə avtobuslar adi rejimdə fəaliyyət göstərəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumata görə, iyunun 13-ü gecə saat 00:00-dan iyunun 14-ü səhər saat 06:00-dək isə Bakı şəhərində müntəzəm marşrut xətləri üzrə avtobuslarla sərnişindaşımaları dayandırılacaq.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun