8 İyun 2021
Mətni dəyiş
Ermənistanın ikinci prezidenti, "Ermənistan" blokunun lideri Robert Köçəryan Sünikdə ikinci bir Rusiya bazasının yaradılması ideyasını real hesab edir.
Bu barədə "news.am" saytı məlumat verib.
Bildirilir ki, eks-prezident bunu Qafanda keçirilən mitinqdə belə bir ehtimalla bağlı sualı cavablandırarkən bildirib.
“Düşünürəm ki, bu, realdır. Ancaq həmişə vurğuladığım bir məsələ var. Bizə hörmət etmək istəyirsinizsə, öz silahlı qüvvələrimizə sahib olmalıyıq.
Bəli, Rusiya bazası ola bilər. Şübhəsiz ki, Rusiya Federasiyası bizim strateji müttəfiqimizdir. Ancaq bu münasibətdəki çəkimizin maddi olmasını istəyirsinizsə, bir şey təqdim etməliyik. Əks təqdirdə, nə ölkəyə, nə də insana hörmət edilir. Məsələləri yalvarışla deyil, ortaqlıq əsasında həll etmək istəyiriksə, ordunu sürətlə bərpa etməli və müttəfiqlərlə birlikdə təhlükəsizliyi bərpa etməliyik. Başqa hər hansı bir yol qüsurlu suverenliyi və hörmət itkisini ehtiva edir” - Robert Köçəryan deyib.