10 İyun 2021
Mətni dəyiş
“Rus hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər”.
Bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, ruslar Qarabağa uzunmüddə gəliblər:
“Nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir. Ancaq belə bir şey yoxdur. Rus hərbçilərinin qalma müddətini uzatma ehtimalının göstərilməsi boş yerə deyildi. Getməyəcəklər”.
Sabiq prezident həmçinin digər siyasi qüvvələrlə əməkdaşlıq suallarını cavablayıb:
“Ciddi olaraq indi bu barədə danışmağın zamanı deyil. Yeni bir vəziyyət ortaya çıxacaq, o zaman düşünürəm ki, buna daha ciddi yanaşacağıq və səhv qərar verməməyə çalışırıq. Amma Paşinyanla müəyyən şərtlər altında koalisiya yarada bilərik”.
Xatırladaq ki, Levon Ter-Petrosyan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək.