1 İyun 2021
Mətni dəyiş
Ermənistanda parlament brifinqində çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiya işini dayandırıb. O bunu Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə əlaqələndirib.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov açıqlamasında Ermənistanın üçtərəfli razılaşmanın bəndlərini pozmasına cavab olaraq Azərbaycanın da analoji addım ata biləcəyini əlavə edib.
“Ermənistan bu addımla üçtərəfli bəyanatın şərtlərini pozur. Bir tərəfdən Ermənistanın bu şərtləri pozması Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən azad edir. Mən düşünürəm ki, Ermənistan istəyir ki, Laçın dəhlizi bağlansın. Ermənistan sazişin bəndlərini pozmaqla qarşı tərəfin də digər bəndləri də icra etməməsinə yol açır. Belə məsələ birtərəfli olmur, ola da bilməz”.