14 İyun 2021
Mətni dəyiş
Norveç Helsinki Komiteti #protectourgame (oyunuzumu qoruyun) adlı kampaniyaya start verib. Təşkilat bu barədə Facebook-dakı səhifələrində məlumat paylaşıb.
Qeyd edilir ki, məqsəd futbol üzrə Avropa Çempionatına ev sahibliyi edən ölkələr arasında yer alan Azərbaycan, Macarıstan və Rusiyadakı insan haqlarının davamlı pozulması və demokratiyanın boğulması hallarını ictimaiyyətin diqqətinə çatdırmaqdır. “Putin, Orban və Əliyev öz opponentlərinin səsini kəsmək üçün əllərindən gələni edirlər. AVRO-2020 ərzində biz sizə avtoritar rejimlə mübarizə edən və demokratiyanın təzyiq altıında olduğu yerlərdə onu müdafiə edən cəsur insanlardan danışacağıq. Kampaniya #protectourgame (oyunuzumu qoruyun) adlanır. Çünki biz futbol sevincini qoruduğumuz qədər, gələcək çempionatların azad və demokratik mühitdə keçirilməsinə çalışan hüquq müdafiəçilərini də qorumalıyıq”, – Norveç Helsinki Komiteti yaydığı məlumatda bildirilir.