Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyasının ölkədəki seçki məntəqələrinin hamısının hesablanmasından sonra 53,92 % səs topladığı məlum olub.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatında bildirilir.
Paşinyanın hökuməti formalaşdırması üçün 0,08 səsi çatmayıb.
Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Hələlik isə ATƏT-in yekun rəyi açıqlanmayıb.