Ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) iki Azərbaycan jurnalistinin Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmasını "lazımsız faciə" adlandırıb.
"Ermənistan hakimiyyəti mina xəritələrini mətbuat nümayəndələri ilə paylaşmalıdır ki, başqa jurnalistlər də münaqişənin qurbanı olmasın", deyə Jurnalistləri Müdafiə Komitəsi Tvitter-dəki mikrobloqunda yazıb.
"Biz bu bölgədəki bütün tərəfləri jurnalistlərin fəaliyyətlərini həyata keçirərkən təhlükəsizliklərini təmin etməyə çağırırq", deyə Jurnalistləri Müdafiə Komitəsi qeyd edir.
Xatırladaq ki, iyunun 4-də AZƏRTAC-ın xüsusi müxbiri Məhərrəm İbrahimov (Əlioğlu) və Azərbaycan Televiziyasının operatoru Sirac Abışov minaya düşərək həlak olublar. Hadisə Kəlbəcərin Susuzluq kəndinə gedərkən baş verib.