İtaliya Çinin "Bir kəmər, bir yol" layihəsindən çıxdığını açıqlayıb. Ölkə bu layihəyə qoşulan ilk G7 ölkəsi olub.
İtaliyanın bu barədə qərarını baş nazir Mario Draqi açıqlayıb.
Roma və Pekin arasındakı siyasi gərginlik dekabr ayında Draqinin baş nazir təyin olunmasından 2 ay əvvəl başlayıb.
Çinin "Shenzen Investment Holdings" şirkəti İtaliyanın çip istehsalçısı olan LPE şirkətinin səhmlərinin 70%-ni almaq üçün razılığa gəlmişdi. Draqinin baş nazir olmasından sonra, yeni iqtisadiyyat naziri Qiankarlo Qiorqetti bu razılaşmaya etiraz etmişdi.
Draqi də martın 31-də LPE-nin səhmlərinin satılmasını əngəlləyən qərarı imzalamışdı.
Bununla da iki ölkə arasında gərginlik yaşanmağa başlanmışdı.