Yeni seçilən İsrail prezidenti İsaaq Hersoqu ən birinci təbrik edən Amerika prezidenti Co Bayden olub.
Bayden təbrikində bildirib ki, o ümid edir ki, yeni prezidentin dövründə Amerika - İsrail münasibətləri daha da dərinləşəcək. Bayden keçmiş prezident Reuven Rivlinə də iki ölkə arasında olan bağların bərkidilməsinə görə təşəkkürünü bildirib.
İsraildə keçirilən son seçkilərin nəticələri açıqlanıb. İsaaq Hersoq İsrail dövlətinin yeni prezidenti seçilib. Səsvermədə iştirak edən deputatların 87-si İsaaq Hersoqun, 27-si isə Miryam Peresin lehinə səs verib, 6 deputat tərəfsiz qalıb.
İ.Hersoq 1960-cı ildə anadan olub. İsrailin 6-cı prezidenti Haim Hersoqun oğlu, yəhudi dövlətinin baş ravvini İsaak Qalevi Hersoqun nəvəsdir. İsrailin 11-ci prezidenti İsaaq Hersoq dövlət dini məktəbində oxuyub. Hərbi kəşfiyyat tağımında hərbi xidmət edib. O, Avod Partiyasının keçmiş sədri, “Soxnut” yəhudi agentliyinin rəhbəri olub.
İsraildə 7 illiyinə seçilən prezidentin məhdud səlahiyyətləri var. Əsas səlahiyyətlər baş nazirdədir.