Hollandiyada keçid hökumətinin baş naziri Mark Rutte Rusiya prezidenti Vladimir Putinlə keçiriləcək heç bir iclasa qatılmayacağını bildirib.
Avropa ölkələrinin Brüsseldə keçiriləcək görüşündən əvvəl jurnalistlərin suallarını cavablandıran nazir bildirib ki, zirvə çərçivəsində Putinlə nəzərdə tutulan görüşlərə qatılmayacaq.
Rutte iştirak etməməsinə səbəb kimi, 2014-cü ildə Amsterdamdan Kuala Lumpura gedən sərnişin təyyarəsinin Ukraynada vurulmasını göstərib.
Almaniya və Fransa zirvə çərçivəsində Rusiya ilə münasibətlərin düzəldilməsi üçün Putinlə görüşə isti baxır, ancaq Hollandiya, Polşa və digər Baltik ölkələri görüşlərdə iştirak etməyəcəklərini bildiriblər.