Həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.
Bu barədə Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".
Qeyd edək ki, Müdafiə Nazirliyinin dünənə olan məlumatına görə, Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularının sayı 2900 nəfər, itkin düşmüş hesab olunanların sayı isə 14 nəfər idi.