Cəmiyyət

“Formula 1”ə görə qurulan beton konstruksiyaların tam yığışdırılacağı tarix açıqlandı

1 dəqiqə
“Formula 1”ə görə qurulan beton konstruksiyaların tam yığışdırılacağı tarix açıqlandı

Bakıda "Formula 1"ə görə qurulan beton konstruksiyalar yığışdırılır.

Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.

Bildirilib ki, söküntü işlərinin yekunlaşmasına yarım aydan az vaxt qalıb.

Belə ki, iyul ayının 15-nə qədər bütün konstruksiyalar paytaxt küçələrindən yığışdırılacaq.

Xatırladaq ki, iyunun 4-dən 6-dək Bakıda “2021 Formula 1” Azərbaycan Qran Prisi keçirilib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun