“Ermənistandakı parlament seçkiləri nəticələrinin Dağlıq Qarabağdakı vəziyyətə təsirindən danışmaq hələ ki, tezdir”.
Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada keçirilən mətbuat konfransında bildirib.
“Seçkilər yenicə baş tutub. Bu nəticələrin yeni şərtlərdə siyasi həyatın formalaşmasına necə təsir edəcəyi hələ bəlli deyil, gəlin hökumət qurulana qədər gözləyək”, - deyə Lavrov sözlərinə əlavə edib.
Qeyd edək ki, Ermənistan MSK-nın məlumaına görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.
“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.
Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.