2 İyun 2021
Mətni dəyiş
Azərbaycan və Ermənistan nümayəndələri sərhəddəki vəziyyətlə bağlı bu gün Moskvada görüş keçirəcək.
Bu barədə Ermənistan mətbuatı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Görüşdə Azərbaycanı Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Ermənstanı isə Baş Qərargah rəisinin müavini Arşak Karapetyan və Sərhəd Qoşunlarının Baş Qərargah rəisi Arman Qasparyan təmsil edəcək.
Qarabağdakı sülhməramlıların komandiri Rüstəm Muradov isə Rusiya tərəfindən danışıqlarda iştirak edəcək.