23 İyun 2021
Mətni dəyiş
Ermənistan baş nazirinin müavini Tiqran Avinyan Kəlbəcərlə sərhəddə yaranmış situasiyaya toxunub.
Bu barədə Ermənistan KİV xəbər verib.
O, Azərbaycan-Ermənistan sərhədinin Qeqarkunik vilayətində yaranan durum barədə danışıb.
“Moskva ilə hazırda müzakirələr aparılır. Amma Azərbaycan Ordusu ərazidən tam çıxmasa, məsələ həll olunmayacaq”- deyə Avinyan söyləyib.
O, sərhəd gərginliyi ilə bağlı yaxın zamanlarda yeni görüş keçiriləcəyini də söyləyib.