Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət üçtərəfli komissiya işini dayandırıb.
Bu barədə parlament brifinqində çıxışı zamanı baş nazirin müavini səlahiyyətlərini icra edən Mqer Qriqoryan açıqlama verib.
O, regional kommunikasiyaların, o cümlədən nəqliyyatın açılması üçün fəaliyyətə başlayan komissiyanın işini dayandırma səbəbini də açıqlayıb.
“Effektiv və məhsuldar iş üçün müvafiq fon lazımdır. Sərhəddə belə bir vəziyyətdir, düşünmürəm ki, bu şəraitdə konstruktiv dialoq mövcud ola bilər. Hazırda bu xəttə üzrə kontaktlarımız kəsilib, görək, qarşıda nə olur. Sonuncu insidentdən sonra Azərbaycan tərəfi ilə əlaqə kəsilib”.
Xatırladaq ki, üçtərəfli komissiyaya Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinləri Şahin Mustafayev, Mqer Qriqoryan və Andrey Belousob daxil idi.