Avropa İttifaqı Krımın və Sevastopolun işğalı ilə əlaqədar Rusiyaya tətbiq olunan sanksiyaların müddətini uzadıb.
Avropa İttifaqının yaydığı məlumatda qeyd olunur ki, müddət 2022-ci ilin iyun ayına kimi uzadılıb. Qəbul edilən qərarla Krım və Sevastpol ərazisində Avropa İttifaqı ölkələrinin, o cümlədən şəxslərinin və şirkətlərinin fəaliyyətləri qadağan edilir.
Bura həmin bölgələrlə məhsul mübadiləsi, investisiya qoymaq və maliyyə dəstəyi göstərmək, kənd təsərrüfatına və mədən sənayesinə texnoloji dəstək daxildir.
Rusiya 18 Mart 2014-cü il tarixində Krım Muxtar Respublikanı və Sevastopol şəhərini qeyri-qanuni şəkildə ilhaq edib. Krımın Rusiya tərəfindən ilhaq edilməsi və Ukraynanın şərqində baş verən hadisələrdən sonra Avropa Birliyi, ABŞ və digər ölkələr Rusiyaya iqtisadi sanksiyalar tətbiq etməyə başlayıb.