Amerikalı ixtiraçı Brayan Conson tərəfindən təsis edilən "Karnel" adlı şirkətin beyin oxuya bilən kasklarının satışa çıxaracağı bildirilib.
Consonun son 5 ildə 110 milyon dollar xərcləyib beyin aktivlərini izləməklə icad etdiyi bu texnikanın bazar qiyməti 50 min dollar olacaq.
Həftəlik iqtisadiyyat dərgisində bu texnikanın uzun illərdir varlığı, ancaq milyonlarla dollar dəyərində olduğu qeyd olunub. Bildirilib ki, bu qurğu ancaq klinik mühitdə tam səssiz və hərəkətsiz vəziyyətdə istifadə olunur.
İxtiraçı Conson bildirib ki, elm adamları bizim ürək döyüntülərimizi, qanımızı, hətta DNA-mızı ölçmək üçün hər cür test və texnika hazırladılar. Ancaq beyin testləri nədir və bahalı olmağa davam edirdi. Bizi ən çox ifadə edən orqan haqqında fikirlərimizin həddi var idi. Ancaq indi mərhələdən daha irəli keçəcəyik.