Almaniya xarici işlər naziri Hayko Maas bildirib ki, rəsmi Berlin Ukrayna prezidenti Vladimir Zelenskinin silah tədarük edilməsi tələbini qəbul etmir.
Nazir bu barədə NATO Xarici İşlər Nazirlərinin görüşündən əvvəl mətbuata açıqlaması zamanı danışıb. O bildirib ki, döyüş bölgəsinə silah göndərilməsi qəbul edilə bilməz. Ona görə də Almaniyadan silah istəyən Zelenskinin istəyi geri çevrilib.
XİN başçısı deyib ki, Ukraynanın cənubundakı problem ancaq diplomatik yollarla həll edilə bilər.
Maas bundan əvvəki açıqlamalarında da Ukraynaya hərbi yardım edilməsinin əleyhinə olduğunu bildirmişdi.