Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa prezidenti Emmanuel Makronla görüşü başlayıb.
Məlumatı “TRTHaber” yayıb.
Görüşdə ikitərəfli məsələlər müzakirə edilib.
Bu görüşdən sonra Türkiyə prezidenti Böyük Britaniyanın baş naziri Boris Consonla görüşəcək.
Rəcəb Tayyib bu görüşün ardınca Almaniya kansleri Angela Merkellə bir araya gələcək.
O, bundan sonra Yunanıstanın baş naziri Kiryakos Miçotakisi də qəbul edəcək.
Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Cozef Baydenlə görüşü Türkiyə vaxtı ilə saat 18.00-da olacaq.