Rusiya Federal Təhlükəsizlik Xidməti Ermənistanda yeni məntəqələr yaradacaq.
Bu barədə Ermənistan KİV istinadən xəbər verir.
Bu gün hökumətin iclası zamanı Rusiya tərəfinə Mehri, Qafan və Gorus rayonunun Tex kəndində topraq sahələrinin verilməsi barədə qərar qəbul olunub.
Həmin ərazilərdə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının yerləşdirilməsi planlaşdırılır.
Sərhədçilərin Azərbaycanın qalan əraziləri ilə Naxçıvanı birləşdirəcək avtomobil və dəmir yolu xəttinin Zəngəzurdan keçən hissəsində təhlükəsizliyi təmin edəcəyi gözlənilir.