İranın dini lideri, ayətullah Əli Xamneyi İsrailin ancaq güc dilini başa düşdüyünü və onlarla başqa dildə danışmağın mümkün olmadığını bildirib.
Xamneyi Tehran Universitetinin tələbələri ilə keçirdiyi onlayn görüşdə bildirib ki, Fələstin xalqı gücünü artıraraq və dirənərək qatilləri məğlub etməlidir.
"İsrail bütün dünyanın gözünün qabağında Fələstin xalqını qətl edir. Məscid-i Əqsa-da cinayət törədir. Dünya bunu qınamalıdır və hər kəs bu mövzuda öz üzərinə düşəni etməlidir", - deyə İranın dini lideri, ayətullah Əli Xamneyi bildirib.
Bu arada, BMT Təhlükəsizlik Şurası bu gün Fələstin-İsrail münaqişəsi ilə bağlı vəziyyəti müzakirə etmək üçün təcili iclas keçirəcək.
Müzakirələr saat 9:00-da başlanacaq (Bakı vaxtı ilə 17:00).