“Mənim dövlətim Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi”. Bunu Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu Türkiyədə mafia lideri kimi axtarışa verilən Sədat Pekerin iddialarına cavab olaraq deyib deyib.
O qeyd edib ki, son aylarda Türkiyənin daxilində gərginlik yaratmaq üçün müxtəlif ssenarilər hazırlanır.
Nazir vurğulayıb ki, proseslərin bu səviyyəyə çatması bir ssenaridən irəli gəlir. O, əlavə edib ki, hazırlanan ssenarinin bu səviyyəyə çatacağını gözləyib.
"Amma Türkiyənin köhnə Türkiyə olmadığını anlamayanalar var. Hökümətlərimiz və partiyamız terrorçuluq və narkotik qaçaqmalçılığından tutmuş bir çox sahələrdə cinayətkaqlıqla mübarizədə ölkə tarixində ən uğurlu nəticələr əldə edib. Ancaq lap əvvəldən ən uğurlu nəticələr qazandığı sahə ölkəmizi və millətimizi mafiyanın əlindən qurtarmağımızdır. Buna görə liderimiz Rəcəb Tayyib Ərdoğana minnətdaram. Çünki o, mafiyanın ölkəmizdə fəaliyyətinin və pis oyunlar oynamasının qarşısını alıb", - deyə o, vurğulayıb.
Soylu deyib ki, mənim dövlətim heç Liviya və Qarabağın ələ keçirilməsinə imkan vermədi. Bəsit bir mafiya qalıqlarının haranısa ələ keçməsinə imkan vermərik”.