Cəmiyyət

Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatı verin"

1 dəqiqə
Şeyx: "Adambaşına 5-10 manat arası fitrə zəkatı verin"

"Bu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qazılar Şurasının Fətvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb.

Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. "Dünya müsəlmanlarının əziz günü - Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm".

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun