5 May 2021
Mətni dəyiş
Rusiyanın xarici işlər naziri Serqey Lavrov mayın 6-da Ermənistana gedəcək, daha sonra isə o mayın 10-11-də Azərbaycanda olacaq.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mətbuata deyib ki, nazirin regiona səfərinin əsas məqsədi Dağlıq Qarabağla bağlı Azərbaycanla Ermənistan arasındakı razılaşmanın nə dərəcədə yerinə yetirildiyini öyrənsin.
"Əsas diqqət 9 noyabr 2020-ci illə 11 yanvar 2021-ci il arasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla verdiyi bəyanatların nə dərəcədə gerçəkləşdirildiyi üzərində olacaq" - deyə Zaxarova bildirib.
Lavrob həmçinin Ermənistanla Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi ilə bağlı da danışıqlar aparacaq.