Türkiyənin "Sabah" qəzeti Azərbaycanın Gənclər və İdman nazirinin ölüm xəbərini "Azərbaycanı yasa boğan ölüm" başlığı ilə paylaşıb.
Qəzetin manşetində yer alan xəbərin başlığı Azərbaycan oxucuları üçün də xeyli maraq doğurub, çünki Azad Rəhimovun ölümünün Azərbaycanı yasa boğması heç də həqiqət kimi qəbul olunmur.
Sosial şəbəkələrin Azərbaycan seqmenti Azad Rəhimovun ölümünü daha çox "Azərbaycan korruspsiyasında böyük itki" kimi qəbul edirlər. Yarı zarafat, yarı ciddi bu cür zarafatlarla rast gəlmək olar. Buna səbəb isə mərhum nazirin adının irri korrupsiya maxinasiyalarında hallanmasıdır. Azad Rəhimovla bağlı mətbuatda gedən yazıları nəzərə alsaq, görərik ki, o daha çox müxtəlif idman yarışlarınn fonunda külli miqdarda dövlət vəsaitini korruspiya yolu ilə ələ keçirmə ittihamları ilə məşhurdur.
Ona görə də bu ölümün Azərbaycanda kimi yasa boğması böyük sual doğurur.
Dünən gecə saatlarında Gənclər və idman naziri Azad Rəhimov vəfat edib. ABŞ-da müalicə olunan A. Rəhimov 57 yaşında dünyasını dəyişib. O, ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunurdu.