Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin nümayəndəsi Raed Krimli bölgədəki gərginliyin azadılması üçün İranla danışıqlar getdiyini bildirib.
Bu barədə Reuters yazıb.
Raed Krimli bildirib ki, danışıqların yaxşı nəticələrə səbəb olacağına inanırlar: "Ancaq aydın bir nəticəyə gəlmək üçün hələ çox tezdir. Buna zaman lazımdır", - deyə o, əlavə edib.
Raed Krimli danışıqların da yaxşı nəticələrə səbəb olması üçün İrandan prosesə töhfə verəcək real addımlar da gözlədiklərini bildirib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə aprelin 19-da Tehranla Ər-Riyad arasında danışıqlarla bağlı məlumatı şərh edərkən bildirib ki, onlar bu xəbəri KİV-də görüblər. Əsas məsələ odur ki, İran Səudiyyə Ərəbistanı Krallığı ilə danışıqları həmişə alqışlayıb. "Bu, hər iki ölkə xalqlarının maraqlarına, eləcə də Avropa sülh və təhlükəsizlik üçün vacibdir" - deyə S. Xətibzadə əlavə edib.