Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Rusiya-Çin ortaq nüvə proyektlərinin inşasının başlaması ilə əlaqədar tədbirdə iştirak edəcəklər. Söhbət "Tianwan" və "Xudapu" Nüvə Elektrik Stansiyalarında Rusiya istehsalı olan enerji bloklarının istifadəsindən gedir.
Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying bildirib ki, liderlər birlikdə təməl atacaqlar. Onlayn tədbirə liderlər videokonfrans formatında qoşulacaqlar.
İşi Rusiya və Çin mütəxəssisləri aparacaq. Məlumata görə, sözügedən stansiyalarda Rusiyanın dörd enerji bloku inşa edilib.
Gələcəkdə bu Nüvə Elektrik Stansiyalarında daha iki enerji blokunun inşa edilməsi planlaşdırılır.