29 May 2021
Mətni dəyiş
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağda atəşkəs və döyüş əməliyyatları barədə əldə olunmuş razılaşmaların icrasına nəzarət vəzifələrini yerinə yetirməyə davam edir".
Bu barədə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Rusiya sülhməramlılarının zabiti məlumat verib.
Bildirilib ki, ötən müddət ərzində atəşkəs rejiminin pozulması və rus hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər qeydə alınmayıb.
"Mayın 21-dən bəri Azərbaycan Silahlı Qüvvələrinin iyirmi avtomobil karvanının təhlükəsiz keçişi təmin edilib: Şimal və cənub istiqamətindəki Laçın dəhlizindən on iki və Şuşa - Qırmızı Bazar - Qacar marşrutu ilə səkkiz karvan.
23 mayda rus sülhməramlıları Amaras və Gəncəsər monastırlarına 127 zəvvarı müşayiət etdilər.
Mayın 25-də kontingentin hərbi heyəti Rusiyanın "Yaxşılığa tələs" xeyriyyə fondu ilə birlikdə Xnkavan və İmarət-Qərvənd yaşayış məntəqələrinin sakinlərinə yardım göstərmək üçün humanitar aksiya keçirdi. Humanitar yükün ümumi çəkisi 5 ton idi. 174 nəfər yardım aldı".
Sülhməramlı zabitin sözlərinə görə, Rusiya mühəndis qrupları tərəfindən ərazinin və obyektlərin minalardan təmizlənməsi, həmçinin partlamamış hərbi sursatların məhv edilməsi davam edir:
"Bu günə qədər 1844 bina yoxlanılıb, 657 kilometrdən çox yol, 2121 hektar ərazi təmizlənib, 25613 partlayıcı obyekt aşkar edilərək məhv edilib.
Biz Azərbaycan maşın karvanlarının təhlükəsizliyini təmin etmək və Laçın yolu boyunca nəqliyyat vasitələrinin, mülki şəxslərin hərəkətinə nəzarət etmək üçün Şuşa yaxınlığında yerləşən 5 saylı müşahidə məntəqəsində yerləşirik.
Rusiya sülhməramlı kontingenti əvvəllər əldə olunmuş razılaşmalara uyğun olaraq bölgədə sülhün qorunması vəzifələrini icra etməyə davam edir".
[video width="1920" height="1080" mp4="https://www.abzas.net/wp-content/uploads/2021/05/y2mate.com-Брифинг-представителя-российского-миротворческого-контингента-в-Нагорном-Карабахе-28-мая-2021-г_1080p.mp4"][/video]