Keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərovu ölümlə hədələyən şəxs polisə aparlıb. Bu barədə Rüfət Səfərov özü məlumat verib.
Səfərov bildirib ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov ona zəng edib və bildirib ki, bu iş Daxili İşlər Nazirliyinin rəhbərliyinin nəzarətindədir və həmin şəxs polis aparılıb.
"Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov zəng etmişdi. Bildirildi ki, əvvəllər Cinayət Məcəlləsinin 29 və120-ci maddəsi ilə (qəsdən adam öldürməyə cəhd) ittiham edilərək məhkum olunmuş vətəndaş Nasir Əsgərov tərəfindən ölümlə hədələnməyim barədə müraciətim Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Nasir Əsgərovun olduğu yer müəyyən edilərək polisə gətirilib, izahatı alınıb, hazırda araşdırma aparılır. Ehsan Zahidov təhlükəsizliyimə tam təminat verlidiyini bildirdi", - deyə Rüfət Səfərov bildirib.
Hüquq müdafiəçisi əlavə edib ki, ümid edir ki, qanunamüvafiq qaydada məsuliyyət tədbirləri görülər, bir daha bu kimi hüquqazidd davranışlarla qarşılaşmaz.
Bir müddət əvvəl keçmiş müstəntiq, hüquq müdafiəçisi Rüfət Səfərov əvvəllər tanımadığı şəxs tərəfindən ölümlə hədələndiyini bildirmişdi.