Qasım Süleymaninin qətlinin detalları yayılıb

Qasım Süleymaninin qətlinin detalları yayılıb
10 May 2021
Mətni dəyiş

"Qasım Süleymani Bağdad səfərindən əvvəl Dəməşqdə keçirdiyi son 6 saat ərzində 3 dəfə telefon nömrəsini dəyişib. Ancaq İsrail kəşfiyyatı nömrələri əldə edib və Amerikaya verib".

Bu barədə məlumat yayan Yahoo News nəşri Süleymani qətlinin gizli tərəfləri haqda məqalə dərc edib.

Amerikada yüksək çinli 15 şəxslə görüşdən əldə edilən məlumatlara əsaslanan yazıda qeyd olunur ki, ABŞ bu planı həyata keçirmək üçün İraq Regional Kürd İdarəsinin nəzdində olan Kürdüstan Yurdsevərləri Birliyi və İsraillə birgə çalışıb.

Məlumata görə, hücumda iştirak edəcək şəxslər 2019-cu il dekabrın sonlarında Bağdada girməyi bacarıblar. Kürdlərdən ibarət olan qrup özlərini Bağdad Hava Limanının əməkdaşları kimi qələmə veriblər. Süleymani Bağdada getməmişdən əvvəl Dəməşqdə son 6 saat ərzində telefon nömrəsini 3 dəfə dəyişib. Buna görə də onun hərəkət trayektoriyasını izləmək olmayıb. Ancaq Amerikanın Xüsusi Xidmət Orqanları İsrailli həmkarları ilə əlaqə quraraq nömrələri əldə edə bilib.

Beləliklə, Amerika Süleymaninin həm telefon danışıqlarını, həm də özünü Bağdada kimi izləyə bilib.

Adının açıqlanmasını istəməyən keçmiş CIA əməkdaşı isə bildirib ki, İsraildə bir nəfərə İrandan çıxaraq Qasım Süleymani və onun ailəsinə səfərdən əvvəl təhlükəsiz telefonlar və nömrələrin tapılması tapşırığı verildiyi barədə məlumatlar olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun