Rusiyanın Hərbi Hava Qüvvələri ölkə sərhədlərinə yaxınlaşan Fransanın Mirage 2000 qırıcılarına qarşı dəfedici tədbirlər görüb. Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada deyilir ki, Qara dəniz üzərindən Rusiya hava sərhədlərinə yaxınlaşan Fransanın Mirage 2000 qırıcılarını əngəllmək üçün Rusiyanın Hərbi Hava Qüvvələrinə aid Su-27 qırıcıları havaya qaldırılıb.
Rəsmi Kreml bildirib ki, Rusiya neytral havalarda bütün qaydalara əməl edərək uçuş həyata keçirib və hava sərhəddinin pozuntusuna imkan verməyib.
Hələlik Fransa tərəfindən bir açıqlama olmayıb.
Bundan əvvəl də Qara dənizdə Rusiya ilə müxtəlif ölkələr arasında kiçik hərbi gərginliklər yaşanıb.