Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əsgəri intihar edib.
Bu barədə məlumatı Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov verib.
O bildirib ki, hadisə mayın 31-də saat 02:50 radələrində qeydə alınıb:
“Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün əsgəri, 2003-cü il təvəllüdlü Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası ölüm faktını təsdiqləyib”.
Onun sözlərinə görə, faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.