Paşinyanın hərbi yardım istəyindən sonra Şoyqu Ermənistan müdafiə naziri ilə danışıb

Paşinyanın hərbi yardım istəyindən sonra Şoyqu Ermənistan müdafiə naziri ilə danışıb
15 May 2021
Mətni dəyiş

Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistan Müdafiə naziri Qaqarşak Arutyunyanla telefonla danışıb. müdafiə nazirləri Azərbaycan - Ermənistan sərhəddindəki Sünik bölgəsi ilə bağlı müzakirə aparıblar. 

Ermənistanlı nazir həmkarına ərazidə baş verənlərlə bağlı məlumat verib və bildirib ki, Ermənistan ordusu azərbaycanlıların girdiyi Qara Göl də daxil olmaqla bütün əraziləri, əsgərləri və dəstək yollarını tamamilə nəzarətdə saxlayır.

Telefon danışığı zamanı iki ölkə arasında hərbi münasibətlər də müzakirə olunub.

Tərəflər bildiriblər ki, hər iki ölkə arasında nəzərdə tutulmuş tədbirlər əksiksiz həyata keçirilir.

Fevralın 12-si, səhər saatlarından etibarən Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara Göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun