20 May 2021
Mətni dəyiş
XİN-ə etimad etməyən Nikol Paşinyan artıq son vaxtlar xarici işlərdə təkdir, başqa sözlə xarici siyasəti XİN olmadan icra edir.
Bu barədə “Past” qəzeti yazıb.
“XİN-də olan mənbələrimiz bildirir ki, Paşinyan məsələn Rusiya tərəfi ilə sərhəddəki vəziyyətlə əlaqədar müzakirə etdiklərini nazirlik və nazirlə müzakirə etmir. Xarici İşlər Nazirliyi bütün məsələlər həll olunandan sonra yalnız bir açıqlama verməli olduğu zaman məlumatlandırılır”, - deyə nəşr yazıb.
Nəşr bildirir ki, sözügedən vəziyyət XİN-də ciddi narahatlıq yaradıb, çünki qurum faktiki olaraq blokadada qalıb və danışıqlardan xəbərdar deyil.
Erməni mətbuatı həmçinin bu gün keçirilən hökumət iclasında XİN rəhbəri Ara Ayvazyanın iştirak etməməsini məhz bu “blokada” ilə əlaqələndirir.