İsrailin Baş naziri Benyamin Netanyahu Fələstinin ağır bədəl ödəyəcəyi ilə bağlı xəbərdarlıq edib.
Netanyahu bu barədə Twitter hesabında yazıb. O qeyd edib ki, bədəl ödətmə əməliyyatları başlayıb və Fələstinə quru yollarla girəcəklər.
Netanyahu bildirib ki, İsrail hələ son sözünü deməyib və gərgin vəziyyət bir müddət davam edəcək. İsrail ordusu isə artıq quru yollarla Qəzzaya girdiklərini bildirib.
"İsrail Müdafiə Qüvvələrinin (IDF) quru qoşunları hazırda Qəzza ərazisində deyil". Bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
"IDF-nin hava və quru qoşunları Qəzza Zolağında yerləşən hədəflərə zərbələr endirir", - sözçü deyib.
Qeyd edək ki, daha əvvəl İsrail Müdafiə Qüvvələri ingilis dilində açıqlama yayıb və mətbuat katibi Qəzzada quru qüvvələrinin olduğunu bildirib. Bu məlumatlara əsasən, xarici media İsrailin Qəzzaya quru hücumuna başladığını yazıb.