6 May 2021
Mətni dəyiş
ATƏT-in Minsk qrupunun həmsədrləri (İqor Popov - Rusiya, Stefan Viskonti - Fransa və Enrdu Şofer - ABŞ) bu gün aşağıdakı bəyanat ediblər:
Həmsədrlər saxlanılan ermənilər Robert Vardanyan, Samvel Şuxyan və Seran Tamrazyanın Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır və hər iki tərəfi bütün məhbusların, saxlanların və cəsədlərin dəyişməsini tam və tez bir zamanda tamamlamağa, məhbuslarla insani rəftarı təmin etmək çağırırlar.
Həmsədrlər 13 aprel açıqlamalarına istinad edərək, tərəfləri münaqişə bölgəsində minalardan təmizləmək üçün lazım olan bütün məlumatları tgdim etmək, beynəlxalq humanitar təşkilatların nümayəndələrinin Dağlıq Qarabağa giriş məhdudiyyətlərini aradan qaldırmaqa çağırırlar.
Həmsədrlər tərəfləri 13 aprel bəyanatında vurğulanan problemlərə toxunaraq, davamlı sülhə kömək edən qarşılıqlı etimad mühiti yaratmaq üçün konkret addımlar atmağa çağırırlar. Buraya həmsədrlərin istiraki ilə ən yüksək səviyyədə siyasi dialoqun bərpası daxildir.