Türkiyədə axtarışa verilən Sədat Pekərin ittihamlarının hədəfindəki keçmiş daxili işlər naziri Mehmet Ağar haqqındakı iddialara cavab verib.
Ağar bildirib ki, dövlət onun haqda istənilən araşdırmanı apara bilər. Bununla bağlı heç bir əngəl yoxdur.
"Əhli-namus olan, əhli-vətən olan heç kim məndən şikayət etməz", - deyə o, əlavə edib.
Ağar azərbaycanlı iş adamı Mübariz Mənsimovu həbs etdirib, sərvətini əlindən almasına dair iddialara cavab olaraq bildirib ki, o, sözügedən "Yalıkavak Marina"-nın sahibi yox, idarə edənidir.
Mehmet Ağar Mübariz Mənsimovu Fətullah Gülənlə tanış etməsinə dair iddialar haqda isə bildirib ki, Mənsimov Gülənin yanına 1 dəfə yox, ən azı 10 dəfə gedib: "Ən azı 10 dəfə getdiyini mən bilirəm. Mənim nə təyyarəm var, nə də Fətullah Gülənlə yaxınlığım. Ancaq onun var", - deyə Türkiyənin keçmiş daxili işlər naziri Mehmet Ağar bildirib.