24 May 2021
Mətni dəyiş
Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “İzvestiya” qəzetinə müsahibə verib.
Nazir müavini Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması ehtimalına da toxunub. Diplomat rəsmi Moskvanın bu üzvlüyə isti baxdığını, lakin müəyyən daxili prosedurların razılaşdırılmalı olduğunu əlavə edib.
“Özbəkistan formal olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmayıb, sadəcə, üzvlüyünü dondurub. Ona görə də qayıtmaq istəyi olsa, Özbəkistan bütün ölkələrdən asan şəkildə üzvülüyünü bərpa edə bilər. Digər ölkələrə, o cümlədən Azərbaycana gəlincə, KTMT-nın qapısı hamı üçün açıq olmalıdır. Üzvlüyə mane ola biləcək yeganə məsələ təşkilatın nizamnaməsinə əsasən, üzv ölkələr arasında diplomatik münasibətlərin vacibliyi ilə bağlıdır. Hələlik, Azərbaycan və Ermənistan arasında belə münasibətlər mövcud deyil. Gec və ya tez bu olacaq və bu baş verdiyi zaman Azərbaycanın üzvlüyü məsələsi praktik həllini tapa bilər”.