“Prezident üçtərəfli razılaşmanın həyata keçirilməsinə alternativin olmadığı fikrinin sadiq tərəfdarıdır və hazırda gərginliyi aradan qaldırmaq və sərhəddəki vəziyyəti düzəltmək üçün böyük səylər göstərilir”.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
D. Peskov deyib ki, Rusiya Qarabağdakı vəziyyətlə bağlı Azərbaycan və Ermənistanla daim təmasdadır.
Fevralın 12-si, səhər saatlarından etibarən Azərbaycan hərbçilərinin Laçın rayonunun Qara Göl yaxınlığında Ermənistanla sərhəd ərazilərdə yerləşməsi qarşı tərəfin narahatlığına səbəb olub.
Bu günlərdə isə Ermənistan mediası artıq problemin ilkin mərhələsinin həll olunduğunu yazıb. Azərbaycanda hökumətə yaxın media isə müxtəlif mənbələrə istinadən bildirir ki, Azərbaycan bir neçə böyük şərtləri qəbul olunub və buna görə də, əsgərlər geri çəkilib. Rəsmi mənbələr isə danışıqların davam etdiyini bildirirlər.