Amerika prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı "soyqırım" ifadəsini işlətməsindən sonra İngiltərə də bununla bağlı mövqeyini açıqlayıb.
Bu barədə İngiltərə xarici işlər naziri Saymon Kovni (Simon Coveney) İngiltərə parlamentində millət vəkillərinin suallarını cavablandırarkən danışıb.
Saymon Kovni bildirib ki, hadisələrin soyqırım olub-olmamasına dair beynəlxalq aləmdə təsdiqlənmiş vahid bir fikir yoxdur.
"Hökumətimiz bu məsələ ətrafında bir mövqe tutmadı. Bizim bu mövzuda şərh verən tərəf olmadığımıza inanıram. Nə Avropa Birliyinin, nə də Birləşmiş Millətlər Təşkilatının (BMT) məsələ ilə bağlı qərarı yoxdur", - deyə İngiltərə xarici işlər naziri Saymon Kovni bildirib.
Ancaq nazir bildirib ki, İngiltərə 1915-ci ildə çoxlu sayda erməninin öldürülməsini faciə kimi qiymətləndirir.
Aprelin 24-də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.
Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib. Bayden Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirib.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ Prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.