“Tesla” və “Space X”in qurucusu İlon Mask “Dogecoin” kriptovalyutası ilə bağlı açıqlama verib. Maskın “Twitter”dən etdiyi yeni paylaşımı gündəmə çevrilib.
“Tesla”nın “Dogecoin”-i qəbul etməsini istəyərdiniz?”, - deyə o izləyicilərindən soruşub.
53 milyondan çox izləyicisi olan milyarderin bu sualı izləyicilərinin müzakirələrinə səbəb olub.
Qeyd edək ki, Maskın həftə sonu qatıldığı “Saturday Night Live” adlı satirik proqramda kriptovalyuta ilə əlaqəli bəzi ifadələrindən sonra “Dogecoin”-in qiyməti düşüb. Proqram bitdikdən sonra isə təkrar artıb.
Onun fevral ayında “Ur welcome” (Xoş gəldin) başlığı ilə “Dogecoin” kriptovalyutasının loqosu olan paylaşımı “Dogecoin”-ın dəyərini 79 faiz artırmışdı.