Gürüstanın baş naziri: "Çox tezliklə David Qareci məsələsi həll olunacaq"

Gürüstanın baş naziri: "Çox tezliklə David Qareci məsələsi həll olunacaq"
6 May 2021
Mətni dəyiş
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfərə gəlib. O səfər çərçivəsində İlham Əliyevlə görüşüb. İrakli Qaribaşvili jurnalistlərə deyib ki, “Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə David Qareci (Keşikçidağı - red.) məsələsini də müzakirə etdik”. "Biz razılaşdıq ki, dialoqlarımız davam edəcək və sürətləndiriləcək. Çox tezliklə məsələ qardaş və dost münasibətimizin tələb etdiyi kimi həll olunacaq. Komissiya öz işinə davam edir, detallar tezliklə məlum olacaq" - deyə Qaribaşvili bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun