İngiltə hökuməti balıqçılıq mövzusunda Fransa ilə gərginlik yaşayan Jersey adasına blokada təhdidinin qarşısını almaq üçün iki donanma gəmisi göndərib.
Bu barədə İngiltərə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, HMS Severn və HMS Tamar gəmiləri dənizin təhlükəsizliyi üçün Jersey adasına göndərilib və bu ehtiyat tədbirlərinin tərkib hissəsidir.
İngiltərənin Baş naziri Boris Johnson da Jersey rəhbərliyi ilə danışıb və tam dəstək ifadə edib. Baş nazirin kabinetindən verilən açıqlamada bildirilib ki, nazir Jersey hökuməti ilə Fransanın balıqçılıq sahəsində yaşadığı anlaşılmazlığın təcili dialoqa ehtiyacı olduğunu deyib.
Problem Jerseyin Brexit sonrası dənizdə fəaliyyətini davam etdirmək istəyən Fransa balıqçı qayıqlarından fəaliyyətlərinə dair icazə kağızı istəməsi ilə başlamışdı. Daha sonra, Fransa Jerseyin enerji təminatını dayandırmaqla, Fransız balıqçılarda ərazini blokadaya almaqla Jerseyi tədid etmişdilər.
Ərazinin elektrik enerjisinin 95%-ni Fransa təmin edir.