8 May 2021
Mətni dəyiş
Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingentinin hərbçiləri üçün 30 blok-modul tipli şəhərciyin inşası başa çatıb.
Bu barədə mayın 8-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Son 3 şəhərcik Şuşa, Karıkaxa və Cerabetdə salınıb. 4 ay ərzində 250, 60, 40, 30 və 15 nəfər üçün nəzərdə tutulmuş 30 şəhərcik, habelə idarəetmə məntəqəsi və komanda heyəti üçün ev inşa edilib.
Hər bir blok-modul tipli şəhərcikdə idman zalı, hamam, tibb məntəqəsi, mətbəx var. Şəhərciklər elektrik, isitmə, sanitar qovşaqlar, su ilə təchiz edilib.
"Şəhərciklərin inşasında 600 mütəxəssis və 65 texnika vahidi iştirak edib", deyə məlumatda bildirilir.