6 May 2021
Mətni dəyiş
Mayın 5-də Vəkillər Kollegiyasının Rəyasət Heyətində bir neçə vəkilin fəaliyyətinə xitam verilməsi ilə bağlı məhkəmədə qaldırılan iddialar müzakirəyə çıxarılıb. İclasda İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək, fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul olunub.Kollegiyanın sədri Anar Bağırov Meydan TV-yə bildirib ki, bu addım Ramazan bayramı ərəfəsində humanizm prinsiplərini əsas tutularaq atılıb. O, digər vəkillər - Yalçın İmanov və Xalid Bağırovun bərpa edilib-edilməməsinə belə reaksiya verib: "Bilisiniz, bu qərarı mən təkbaşına qəbul etməmişəm, kollegial qərardır, bunu təkbaşına müzakirə edə bilmərəm".
Xatırladaq ki, İradə Cavadova 2018-ci ilin iyununda, Şəhla Hümbətova 2019-cu ilin noyabrında, Türkel Süleymanlı isə 2020-ci ilin martında Vəkillər Kollegiyasından çıxarılıb.