Amerika prezidenti Co Bayden Fələstinlə İsrail arasında yaranan gərginlikdən danışıb. Prezident bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon danışığı keçirib.
Daha sonra Ağ Evdə koronavirus (Covid-19) peyvəndləməsi ilə bağlı mətbuat konfransında danışan Bayden bildirib ki, minlərlə raket torpaqlarına düşdüyü halda İsrailin özünü müdafiə etmək haqqı var.
Biden əlavə edib ki, İsrail və Fələstinlə yanaşı, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi Yaxın Şərq ölkələri ilə dialoq içindədirlər və yaxın zamanlarda gərginliyin aradan qalxacağını gözləyirlər.
İsraillə Fələstinin Qəzza sektorundakı sərhədində vəziyyət bazar ertəsi axşam daha da pisləşib. İsrailin yaşayış məntəqələrinin fasiləsiz raket atəşlərinə tutulması nəticəsində 6 yəhudi həlak olub, 200-dən insan çox yaralanıb. İsrail də öz növbəsində HƏMAS və "İslam cihadı" qruplaşmalarının mövqelərinə zərbələr endirib. Nəticədə bir neçə döyüşçü öldürülüb.