Belarusda təyyarədən düşürülərək həbs edilən jurnalistin etirafedici videosunu yayıblar

Belarusda təyyarədən düşürülərək həbs edilən jurnalistin etirafedici videosunu yayıblar
25 May 2021
Mətni dəyiş

Belarusda təyyarədən endirilərək həbs edilən jurnalist, “Nexta” teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviçin etiraf videosu yayılıb. 

Onun həbsindən sonra vəziyyəti və saxlanılma şəraiti narahatlıq doğurub. Bundan sonra, Protaseviçin etiraf videosu yayılıb. Videodan jurnalistin üzündəki izlər ona işgəncə verilməsinə dair şübhələri artırıb. Ehtimal edilir ki, ifadələr də təzyiq altında alınıb.

Roman Protaseviç hökumətə qarşı etirazları özünün idarə etdiyini bildirib.

"Hazırda 1 saylı təcridxanada saxlanılıram. Sağlıq durumum yaxşıdır. Mənə hüquqa uyğun davranılır. İstintaqla da əməkdaşlıq edirəm. Belarusdakı etirazları idarə etdiyimi etiraf etdim", - deyə Nexta” teleqram kanalının keçmiş baş redaktoru Roman Protaseviç bildirib.

Yunanıstandan Litvaya uçan sərnişin təyyarəsi Belarus ərazisində saxta bomba siqnalı ilə məcburi yerə düşürülüb. Belarus polisləri təyyarədə olan Roman Protaseviçi həbs ediblər. Əməliyyatı keçirənlər təyyarənin prezidentin tapşırığı ilə düşürüldüyünü bildiriblər.

[embed]https://youtu.be/B0YE64e4Xsw[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun