Belarus ordusunun Baş Qərargahı açıqlama yayıb. Açıqlamada bildirilir ki, NATO-ya aid strateji Qırıcı-bombardmançı təyyarələr nümaiş uçuşları zamanı böyük ehtimalla Rusiyanı və Belarusu vurmağı planlaşdırır.
Bu barədə Belarus ordusunun Baş Qərargahının rəisinin köməkçisi İqor Korol Belarusun "STV" telekanalında olarkən danışıb. İqor Korol bildirib ki, çox təəssüf ki, uçuşlar getdikcə artmağa başlayıb.
Korol bildirib ki, təkcə bu il bölgədə 9 belə uçuş həyata keçirilib və çox təəssüf ki, uçuşlar zamanı NATO Belarusu və Rusiyanı vurmaq üzərində də işləyir.
O əlavə edib ki, NATO strateji kəşf təyyarələrindən taktiki kəşf və hücum məqsədli Pilotsuz Uçuş Aparatlarına (PUA) qədər bütün hava qüvvələrindən istifadə edir.